Dolların noyabrın 10-a olan məzənnəsi

Dolların noyabrın 10-a olan məzənnəsi

Bu, məzənnənin 0,58% artması deməkdir.Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 10-a olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi noyabrın 10-da 1,6782 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, noyabrın 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb. Noyabrın 4-ü və 7-də dolların məzənnəsi 1,6596 manata bərabər olub. Bu gün isə USD/AZN rəsmi məzənnəsi 1,6686 manat olub.

U.A.

0
4