Bakıya daha 15-17 min turist gələcək

Bakıya daha 15-17 min turist gələcək

“Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına təxminən 15-17 min turistin gələcəyi gözlənilir”.

Oxu.Az xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, turistlərin cəlb edilməsi üçün müvafiq qurumlar tərəfindən işlər aparılacaq.

Qeyd edək ki, IV İslam Həmrəylik Oyunları 2017-ci ilin mayın 12-də keçiriləcək.

Elvin Əhmədov

0
3