Yanvardan Bakı-Tbilisi-Qars layihəsi test olunacaq

Yanvardan Bakı-Tbilisi-Qars layihəsi test olunacaq

2017-ci ilin yanvar ayının 1-dən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu test ediləcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Qars vilayətinin qubernatoru Rəhmi Doğan bildirib.

Onun sözlərinə görə, layihənin birinci mərhələsi istismara verildikdən sonra ikinci mərhələnin reallaşması başlayacaq.

“Layihə regionun inkişafına, iştirakçı ölkələrin ixracının artmasına səbəb olacaq”, – deyə R.Doğan qeyd edib.

A.M.

0
3