Azad Rəhimov İslam Həmrəylik Oyunlarından danışdı

Azad Rəhimov İslam Həmrəylik Oyunlarından danışdı

Artıq 49 ölkə İslam Həmrəylik Oyunlarında öz iştirakını təsdiqləyib. Ən azı 3000-3500 idmançı iştirak edəcək.

Oxu.Az xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov bu gün IV İslam Həmrəylik Oyunları Əlaqələndirmə Komissiyasının sayca 4-cu iclasında jurnalistlərə açıqlamasında deyib.

Nazir çıxışında bildirib ki, 12 may 2017-ci ildə baş tutacaq IV İslam Həmrəylik Oyunlarına altı ay qalıb və bu müddət ərzində görülməli işlər çoxdur.

Azad Rəhimov qeyd edib ki, IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək Azərbaycan tarixində başqa bir mühüm mərhələ olmaqla bərabər, eyni zamanda islam dünyası xalqlarını idman bayramı kimi qeyd etməyə ilhamlandıracaq.

“Oyunlar ölkəmizin ən gözəl xüsusiyyətlərini üzə çıxmaqla bərabər, həmçinin bizi birlik, sülh, hörmət və mükəmməllik ruhunda birləşdirən vasitədir”.

E.Ə.

www.oxu.az

0
5