Seçki qərargahında Trampın ilk qələbəsi barədə məlumat yayılıb

Seçki qərargahında Trampın ilk qələbəsi barədə məlumat yayılıb

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp ilk qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, onun seçki kampaniyasının nümayəndələri “Twitter” rəsmi səhifəsində milyardçının Nyu-Qempşer ştatında liderlik etdiyini bildiriblər.

Məlumata görə, respublikaçı bu ştatdan 32 səs toplayıb, onun rəqibi Hillari Klintonu isə 25 seçici dəstəkləyib.

Sosial şəbəkədə dərc edilən məlumatda “Azad yaşa, ya da öl” yazılıb, ardınca isə Nyu-Qempşerdəki səsvermənin məlumatı verilib.

N.O.

www.oxu.az

0
7