Özəlləşdirmə ilə əlaqədar hərrac keçirildi – NƏTİCƏLƏR

Özəlləşdirmə ilə əlaqədar hərrac keçirildi – NƏTİCƏLƏR

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu gün növbəti hərrac keçirilib.

Oxu.Az-a komitədən verilən məlumata görə, dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisə və obyekti və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilmiş 2 kiçik dövlət obyekti Bakıda, 1-i Şəkidə, satılmış 4 istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı isə paytaxtda yerləşir. Hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.

Hərracda özəlləşdirilmiş “Ağcabədi Pambıq” və “Biləsuvar pambıq” səhmdar cəmiyyətləri sənaye sahəsinə aid olan iri müəssisələrdir. Regionlarda yerləşən rəqabət qabiliyyəti potensialı olan belə müəssisələrin özəlləşdirilməsi investisiya qoyuluşundan sonra həmin müəssislərdə istehsalın bərpa olunması və yeni iş yerlərinin açılması məqsədi daşıyır.

Xatırladaq ki, növbəti belə hərrac 15 noyabrda keçiriləcək və 73 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.

U.A.

0
5