Bakıda erkən və məcburi nikahların ağır nəticələri müzakirə edildi

Bakıda erkən və məcburi nikahların ağır nəticələri müzakirə edildi

“Bunun əsas səbəbi isə milli adət-ənənələrdir”.

Erkən nikah 18 yaşı olmayan həm oğlanın, həm də qızın sağlamlığına, gələcək həyatına ciddi mənfi təsirlər göstərə, ailədaxili zorakılığa səbəb ola bilər. 

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) sosioloqu Ayşəm Balayeva erkən nikah və məişət zorakılığının təsirləri barədə Gəncliyə Yardım Fondunda təşkil olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, qarşılıqlı istək olmadan qurulmuş ailələr çox vaxt tez dağılır, həmin ailələrdə zorakılıq halları və boşanmalar tez-tez baş verir:

İSİM-in həkim-metodisti Nərgiz Kərimova bildirib ki, erkən yaşda hamiləlik, hamiləliyin pozulması və doğuşlar dünyada ana və uşaq ölümünün əsas səbəblərindən biri hesab olunur.

“Gənc analarda doğuşdan sonra depressiya halları, yetkin yaşda analara nisbətən daha tez-tez baş verir”.

İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin İlyasova tədbirdə bildirib ki, Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər. 

“Bunun əsas səbəbi isə milli adət-ənənələrdir. Ailə zorakılığı dünyada geniş yayılan faktorlardan biridir. Bu ciddi problemin qurbanlarının 95%-i qadınlar olur”.

0
14