Martirosyan: Ermənistan cəmiyyətində Qarabağın ölkəyə heç nə vermədiyi açıq şəkildə deyilir

Martirosyan: Ermənistan cəmiyyətində Qarabağın ölkəyə heç nə vermədiyi açıq şəkildə deyilir

“Ermənistan KİV son 20 ildə Gebbels təşviqat-təbliğatının ən yaxşı ənənələri əsasında cəmiyyətin zombiləşdirilməsi ilə məşğul olub”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar” mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vaan Martirosyan deyib.

“Ermənistan cəmiyyətində son 2-3 ildə belə tendensiya formalaşıb ki, müxalifətin müxtəlif mitinq və yığıncaqlarında, sosial şəbəkələrdə Qarabağın onlara ağrı-acı, qan və pislikdən başqa heç nə vermədiyini açıq şəkildə deyirlər. Əvvəllər belə deyildi. Çünki dediyim kimi, Ermənistan KİV-i cəmiyyətin zombiləşdirilməsi ilə məşğul olub”, - deyə hüquq müdafiəçisi bildirib.

N.О.

0
4