Müğənninin keçmiş xanımı: Xərçəngə tutuldum, ərim mənə dəstək olmadı

Müğənninin keçmiş xanımı: Xərçəngə tutuldum, ərim mənə dəstək olmadı

Yaxın günlərdə “La La” adlı albomunu təqdim edən Tuğba Altıntop ilk dəfə xərçəngə tutulduğunu açıqlayıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 2003-ci ildə müğənni Rafet El Roman ilə qalmaqallı şəkildə boşanan və o dövrdə qızları Şevval və Su ilə ayrı yaşamaq məcburiyyətində qalan Altıntop həyatındakı çətin günlərinin bədənində xərçəng hüceyrələri yaratdığını deyib.

El Romanın uşaqlarını Almaniyaya aparması ilə qızlarına həsrət qalan Tuğba Altıntop o zaman limfa düyünü xərçənginə tutulduğunu bildirib. Bu xəstəliklə 6 ay mübarizə aparan müğənni 43 kiloya düşdüyünü və Rafet El Romanın bu vəziyyəti bilməsinə baxmayaraq, ona dəstək olmadığını söyləyib.

Aytən Sadıqzadə

0
8