İlham Əliyevin reytinqi 97%-ə çatdı

İlham Əliyevin reytinqi 97%-ə çatdı

Respondentlərin demək olar ki, hamısı dövlət başçısına etibar edirlər.

Əgər Azərbaycanda prezident seçkiləri qarşıdakı bazar günü keçirilsə idi, respondentlərin 92,8%-i hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyərdi.

Oxu.Az xəbər verir ki, belə bir nəticə “Rəy” Monitorinq Mərkəzinin aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirdiyi sorğu zamanı məlum olub.

Rəyi soruşulanların böyük əksəriyyəti – 86,2%-i isə bildiriblər ki, onlar qarşıdan gələn bazar günü keçiriləcək seçkilərdə iştirak edərdilər.

Rəyi soruşulanların 97%-i İlham Əliyevə tam etibar etdiyini, 89%-ə yaxını isə prezidentin onların maraqlarına cavab verdiyini bildiriblər.

Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8%-i prezident postunda İlham Əliyevə alternativ görmür.

Rəyi soruşulanların əksəriyyəti prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87,3 % bu siyasəti “çox yaxşı” və ya “əsasən yaxşı” qiymətləndirib.

Araşdırmaya görə, Dağlıq Qarabağda gərginliyin artması fonunda İlham Əliyevə Ali Baş Komandan kimi dəstək də artıb - ona Ali Baş Komandan kimi rəyi soruşulanların 97%-i etimad göstərir.

0
10