Ukrayna hökumətinə Saakaşvilidən istefa haqqında ərizə daxil olmayıb

Ukrayna hökumətinə Saakaşvilidən istefa haqqında ərizə daxil olmayıb

Ukrayna Nazirlər Kabineti Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasına dair ərizəni müzakirə etməyə hazırdır, amma sənəd hələlik hökumətə təqdim edilməyib.

Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin mətbuat katibi Dmitri Stolyarçuk bəyan edib.

O xatırladıb ki, istefa haqqında qərarı prezident verəcək, hökumət ərizəni müzakirə etməlidir.

“Amma istefa haqqında ərizə hələlik daxil olmayıb”, - mətbuat katibi deyib.

Xatırladaq ki, bu ərəfədə Mixail Saakaşvili istefasını bəyan edib.


N.O.

www.oxu.az

0
5