Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda binada yanğın olub.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 8 m2 sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyə edilib. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

A.M.

0
5