Çavuşoğlu: Türkiyədəki terrorçulara ən böyük dəstəyi Almaniya verir

Çavuşoğlu: Türkiyədəki terrorçulara ən böyük dəstəyi Almaniya verir

“Türkiyə ərazisində fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Türiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 8-də keçirdiyi məbuat konfransında bildirib.

“Təəssüf ki, Almaniya Türkiyə tərəfdə deyil. Bu ölkə davamlı olaraq anti-Türkiyə mövqeyində olanları qəbul edir. Biz onlardan terrorçu PKK qruplaşmasının Almaniyadakı 4 min üzvünü istədik. Onlar birini də vermədi. PKK Almaniyanın hər şəhərində Türkiyədə terrorçu fəaliyyətlə məşğul olanlara pul toplayır”, - deyə nazir vurğulayıb.

O, mövcud problemin həlli üçün ikitərəfli diplomatik danışıqlar yolunu göstərib.

M.Çavuşoğlu jurnalistin “Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayeri telefonda gözlətdiyiniz doğrudurmu” sualına cavabında deyib: ”Almaniya bütün terror qruplaşmalarına qucaq açıb. Görəsən, belə dövlətlərin nazirləri nə düşünür? Almaniyanın xarici işlər naziri mənimlə danışmaq istəyərkən başqaları ilə görüşmüş ola bilərəm. Belə iş olmaz. Biz nə zaman imkanımız olsa, onda görüşərik” .

A.M.

0
7