Rusiyadan Azərbaycana tapança keçirmək istəyiblər

Rusiyadan Azərbaycana tapança keçirmək istəyiblər

Rusiyadan Azərbaycana pnevmatik tapança keçirmək istəyiblər.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə “Heimann X-Ray” texniki nəzarət vasitəsi ilə baxış keçirilib.

Yoxlama zamanı əl yükündə olan elektrik sobasının içərisindən hissələrə ayrılmış şəkildə 1 ədəd pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

0
10