“Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçiriləcək

“Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçiriləcək

8 noyabr saat 15:00-da Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzi tərəfindən “Qardaş türk xalqlarını tanıyaq” devizi altında “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçiriləcək.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sərginin məqsədi Azərbaycan uşaqlarının qardaş özbək xalqının adət-ənənələrini, tarixini, mədəniyyətini, mətbəxini, həyat tərzini necə gördüklərini rəsm vasitəsilə ifadə etməkdir. Sərgidə Azərbaycanın bölgələrindən 12 yaşına qədər 78 uşaq iştirak edəcək və 85 əsər nümayiş olunacaq.

Sərgidən seçilmiş əsərlərin Özbəkistanda keçiriləcək festivalda nümayiş olunması nəzərdə tutulur.

A.S.

0
9