İŞİD Avropada terror aktları törətməyə hazırlaşır

İŞİD Avropada terror aktları törətməyə hazırlaşır

“Yaraqlılar artıq paytaxtdadırlar”.

İsveçin təhlükəsizlik polisi SPO ölkə ərazisində hazırlanan terror aktlarına dair informasiyanı yoxlayır.

Oxu.Az xəbər verir ki, bu barədə “Expressen” qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İraq təhlükəsizlik xidməti SPO-ya “İslam dövləti” (İŞİD) terror təşkilatının 7-8 yaraqlısı İsveçdədir və Stokholmda terror aktı törətməyə hazırlaşırlar.

“Əldə olan məlumata görə, terroçular paytaxtda mülki obyektə hücum hazırlayırlar”, - nəşr qeyd edib.

İsveçrənin təhlükəsizlik polisi bu məlumatı şərh etmir, amma qeyd edir ki, məlumatlar yoxlanılır.

“Mən, daxil olan informasiyanı qiymətləndirmək üçün intensiv şəkildə işlədiyimizi təsdiqləyə bilərəm”, - SPO-nun mətbuat katibi Simon Binert bildirib.

İsveçin daxili işlər naziri Anders Yuqeman terror təhdidi haqqında məlumatı şərh etməkdən imtina edib.

0
13