FETÖ-yə görə tutulan İstanbulun keçmiş polis rəisi azadlığa buraxıldı

FETÖ-yə görə tutulan İstanbulun keçmiş polis rəisi azadlığa buraxıldı

Türkiyədə 15 iyul hadisələrindən sonra FETÖ təşkilatına qarşı aparılan əməliyyatlar çərçivəsində həbs edilmiş İstanbulun keçmiş polis rəisi sərbəst buraxılıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, iki aya yaxın həbsxanada saxlanılan Hüseyin Çapkın dünən vəkilinin vəsatəti əsasında azadlığa buraxılıb. Növbətçi hakim keçmiş rəisin ölkədən çıxmaması və polis nəzarətində olmaqla həbsxanadan buraxılmasına razılıq verib.

0
6