(R) "Unibank"a yeni sədr müavini seçilib

(R) "Unibank"a yeni sədr müavini seçilib

“Unibank” Kommersiya Bankı” ASC-dən verilən məlumata görə, Səhmdarların ümumi yığıncağının qərarına əsasən, İdarə Heyətinin üzvü Asəf Hüseynov "Unibank" İdarə heyəti sədrinin müavini təyin edilib. Qeyd edək ki, Asəf Hüseynov hazırda bankın Baş risk inzibatçısıdır.

Asəf Hüseynov "Unibank" komandasına  qoşulmazdan əvvəl başqa  kommersiya bankında müxtəlif vəzifələrdə,  sonra isə Mərkəzi Bankda fəaliyyət göstərib.

"Unibank" kollektivi Asəf Hüseynova yeni vəzifəsində uğurlar arzulayır!

                                                          

0
5