Uorlik separatçıların qondarma “DQR”-in adını dəyişmək niyyətinə münasibət bildirib

Uorlik separatçıların qondarma “DQR”-in adını dəyişmək niyyətinə münasibət bildirib

“ABŞ, o cümlədən Ermənistan da daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı qondarma rejimin “Konstitusiya”ya dəyişikliklər etməsinə, separatçı rejimin adını “Arsax Respublikası”na dəyişmək niyyətinə münasibət bildirərkən deyib.

“Ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməməyi özündə əks etdirən Helsinki prinsipləri əsasında bütün tərəflər üçün danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində işləmək çox vacibdir”, - deyə diplomat bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağdakı qondarma rejim “Konstitusiya”larını dəyişmək barədə qərar qəbul edib. Onlar bununla bağlı ictimai müzakirələri noyabrın 20-də bitirmək niyyətindədirlər.

Daha sonra Bako Saakyan yeni “konstitusiya” layihəsini təsdiq edəcək. Yeni layihədə rejimin adının “Arsax Respublikasına” dəyişdirilməsi də nəzərdə tutulur.


N.O.

0
4