“ASAN xidmət” mərkəzləri sabah işləyəcək?

“ASAN xidmət” mərkəzləri sabah işləyəcək?

9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Noyabrın 10-dan etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda respublika ərazisində 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

U.A.

0
5