Bakıda IV Beynəlxalq Teatr Konfransı keçirilir – FOTO

Bakıda IV Beynəlxalq Teatr Konfransı keçirilir – FOTO

Noyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Dövlət Musiqili Teatrında “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başladı.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər.

Tədbir iştirakçıları ilk olaraq teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış oldular.

Təntənəli açılış mərasimi incəsənət ustalarının təqdim etdikləri teatr tamaşalarından səhnələr, musiqi nömrələri, Azərbaycan teatrının mənzərəsini əks etdirən mini-tamaşa ilə başladı. Səhnədə quraşdırılan monitorda Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterial nümayiş olunurdu.

Konfrans işini bölmə iclasları ilə davam etdirdi.

A.S.

0
12