Amerikalılar yeni prezidenti seçirlər

Amerikalılar yeni prezidenti seçirlər

Birləşmiş Ştatlarda bu gün ümumi seçkilər keçirilir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, amerikalılar ölkənin prezidentini və vitse-prezidentini, eləcə də Nümayəndələr palatasının bütün tərkibini və ABŞ Konqres Senatının üçdə birini, 12 ştatın qubernatorunu və bir sıra şəhərlərin merlərini yenidən seçməlidirlər.

Prezident postuna əsas namizədlər Demokratlar partiyasının namizədi, sabiq dövlət katibi Hilari Klinton və Respublikaçılar partiyasının namizədi, iş adamı Donald Trampdır.

Sorğunun nəticələrinə görə, amerikalılar Klintona üstünlük verirlər. O, qalib gələcəyi təqdirdə, ABŞ-da Ağ evdə kürsüyə ilk dəfə qadın oturacaq. Amma intriqa son dəqiqəyə qədər sürəcək: milyardçı Trampın ona cavab vermək üçün şansı var.

N.O.

www.oxu.az

0
5