Klinton ABŞ-da açılan ilk məntəqədə qalib gəldi

Klinton ABŞ-da açılan ilk məntəqədə qalib gəldi

Nyu-Qempşir ştatında Diksvill kəndində ABŞ prezidentinin seçkiləri üçün məntəqə ənənəyə görə gecə yarısı açılıb.

Oxu.Az bu barədə “Boston Globe”a istinadən xəbər verir.

Bu yaşayış məntəqəsinin sakinlərinin əksəriyyəti ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klintona səs veriblər.

Qeyd edilir ki, səsvermə saat 00.01 (Bakı vaxtı ilə 09:01) başa çatıb.

Kənd sakinlərindən dördü Klintona, ikisi Donald Trampa, Libertarian partiyasının namizədi Heri Consona isə bir səs verib. 2012-ci ildə Barak Obamanın rəqibi olan respublikaçı Mitt Romni namizədlər siyahısında olmasa da bir səs alıb.

Gecə yarısı səsvermə ənənəsi 1960-cı ildə yaranıb, həmin kənd bu saatda səsvermə hüququ qazanıb. Diksvill-Notç ABŞ-da həm əsas seçkilərdə, həm də praymeriz də ilk səs verməsi ilə seçilir.

N.O.

www.oxu.az

0
9