Pakistan ordusunun zabitləri Bakıda – FOTO

Pakistan ordusunun zabitləri Bakıda – FOTO

MN məlumat yaydı.

Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət heyəti Azərbaycana akademik səfərə gəlib.

Bu barədə Oxu.Az-a Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qonaq heyətin tərkibinə Milli Müdafiə Universitetinin “Milli Təhlükəsizlik və Müharibə kursu”nda təhsil alan Pakistan Silahlı Quvvələrinin və dövlət qurumlarının, o cümlədən Oman, Bruney və Nigeriya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Səfərin əsas məqsədi ölkəmizin tarixi və mədəniyyəti ilə tanışlıqdan, Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik, iqtisadi, daxili və xarici siyasəti, müstəqillik illərində üzləşdiyi problemlər və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat əldə etməkdən ibarətdir.

Aprelin 25-də qonaq heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib. Onlar Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev tərəfindən qarşılanmış və rəhbərlər arasında ikitərəfli görüş keçirilib. Daha sonra Silahlı Qüvvələrimiz, onun Hərbi Akademiyası və aprel ayının əvvələrində qoşunların təmas xəttində baş vermiş hadisələr barədə qonaqlara ətraflı məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyətinin 25-28 aprel tarixlərində bir sıra nazirliklərdə, dövlət xidmətlərində, agentlik və universitetlərdə görüşləri planlaşdırılıb.

0
17