Azərbaycanda dollar və avro bahalaşdı

Azərbaycanda dollar və avro bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 7-i ilə müqayisədə 0,54% bahalaşaraq 1,6686 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8377 manatdan 1,8424 manata qalxıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0258 manatdan 0,0262 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5255 manatdan 0,5258 manata qalxıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0674 manatdan 2,0671 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi dəyişməyərək 0,6839 manat olub.

U.A.

0
3