Samsunq-da axtarış aparıldı

Samsunq-da axtarış aparıldı

Seulda Samsunq Electronics şirkətinin baş ofisində axtarış aparılıb.

APA-nın ““Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, axtarışın prezident Pak Kın He və onun rəfiqəsi Çxve Sun Sil ətrafında baş verən qalmaqalla əlaqədar olduğu bildirilir.

Prokurorluğun qənaətinə görə, Samsunq şirkəti Çxve Sun Silin qızının Almaniyada atçılıq idmanı ilə məşğul olması üçün 3 milyon dollara yaxın pul köçürüb.

Qeyd edək ki, Çxve Sun Sil prezidentlə olan yaxın münasibətləri sayəsində dövlət işlərinə müdaxilədə şübhəli bilinir. Bununla əlaqədar Cənubi Koreyada kütləvi etirazlar keçirilir və dövlət başçısının istefası tələb olunur.

0
8