İtaliya Qarabağ münaqişəsinin həlli üzrə səy göstərməyə hazırdır

İtaliya Qarabağ münaqişəsinin həlli üzrə səy göstərməyə hazırdır

İtaliya 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üzrə səy göstərməyə hazırdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə İtaliya xarici işlər naziri Paolo Centiloni Bakıda Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ilə danışıqların yekunu üzrə brifinqdə deyib.

P.Centiloni bildirib ki, İtaliya ATƏT məkanında demokratik proseslərin inkişafına xüsusi diqqət ayırmaq niyyətindədir.

İtaliya XİN rəhbəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin danışıqlar yolu ilə həllinin tapılmasında İtaliyanın öz töhfəsini verə biləcəyini söyləyib.

N.O.

0
5