Kamran İmanov “Şöhrət” ordeni ilə təltif olundu

Kamran İmanov “Şöhrət” ordeni ilə təltif olundu

Azərbaycan Prezidenti İlham Əliyev Kamran Sultan oğlu İmanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasında müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə K.İmanov “Şöhrət” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Kamran İmanov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.

2006-2008-ci illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub.

Hazırda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədridir.

S.B.

0
9