Uorlik: Hamburq görüşünü səbirsizliklə gözləyirik

Uorlik: Hamburq görüşünü səbirsizliklə gözləyirik

Həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində gələcək addımları üçün tərəflərlə işləməyə davam edir. Bu, çox vacibdir ki, tərəflər həmsədrlərlə və öz aralarında masa üzərində olan təklif və ideyalar, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı ümidlə danışır.

Oxu.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın danışıqlar prosesinin dayandığı barədə bəyanatına münasibət bildirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Biz dialoqu davam etdirmək üçün Hamburq görüşünü səbirsizliklə gözləyirik və hərtərəfli həllə gətirib çıxaracaq istənilən yollarla tərəflərlə işləməyə hazırıq”, - deyə o, söyləyib.

Xatırladaq ki, Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Toplantıda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və Minsk qrupunun həmsədrləri də iştirak edəcək.

S.B.

0
8