Sabah bəzi rayonlarda qaz olmayacaq

Sabah bəzi rayonlarda qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəməri sahəsində carı təmir işləri aparılacaq.

Oxu.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, noyabrın 8-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

A.M.

0
7