Sinoptiklər 30 dərəcəyədək isti proqnozlaşdırırlar

Sinoptiklər 30 dərəcəyədək isti proqnozlaşdırırlar

Mülayim-cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a  verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. 

Şimal qərb küləyi gündüz mülayim-cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 20-25, yarımadanın bəzi yerlərində 27 dərəcə, Bakıda gecə  11-13, gündüz 23-25 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər  ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 27-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
19