Tehran terrorizm ilə mübarizədə Suriyanı dəstəkləyəcək

Tehran terrorizm ilə mübarizədə Suriyanı dəstəkləyəcək

Tehran terrorizmə tam qalib gəlmək üçün Dəməşqə bütün lazımi hərbi, siyasi və iqtisadi dəstəyi göstərməyə davam edəcək.

Oxu.Az “SAHA” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Əli Laricani bəyan edib.

Agentliyin məlumatına istinadən bu bəyanatı Laricani Suriyanın XİN rəhbərinin birinci müavini Feysəl Mikdad ilə Tehranda görüş zamanı edib.

“Laricani İran rəhbərliyinin Dəməşqə terrorizm üzərində tam qələbə üçün lazım olan siyasi, iqtisadi və hərbi dəstəyi göstərəcəyini təsdiqləyib”, - məlumatda deyilir.

N.O.

www.oxu.az

0
7