Rusiyada deputatlara qadağa

Rusiyada deputatlara qadağa

Rusiya Federasiyasının Dövlət Dumasının deputatlarına xidməti avtomobildən istifadəyə məhdudiyyətlər qoyulub. Parlamentarilərə xidməti avtomobildə Moskvadan 50 km məsafədən çox uzaqlaşmaq qadağan edilib.

Oxu.Az xəbər verir ki, RT-nin mənbəyi bildirib ki, qanunda deputatların xidməti avtomobildə hansı məsafəni qət edə biləcəkləri qeyd edilməyib. Bu səbəbdən də qadağa şifahi şəkildə olub, başqa sözlə, belə bir yazılı sərəncam yoxdur.

“Bu tövsiyə əvəllər də mövcud idi, amma çox zaman buna göz yumurdular”, - mənbə bildirib və əlavə edib ki, hazırda bu tövsiyə deyil, qadağadır.

N.O.

www.oxu.az

0
7