Dolların məzənnəsi 1,67-yə yaxınlaşır

Dolların məzənnəsi 1,67-yə yaxınlaşır

Bu, manatın 0,54% ucuzlaşması deməkdir.Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 8-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi noyabrın 8-də 1,6686 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, noyabrın 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb. Noyabrın 4-ü və 7-də dolların məzənnəsi 1,6596 manata bərabər olub.

U.A.

0
4