Misirin neft naziri İrana səfər edib

Misirin neft naziri İrana səfər edib

Misirin neft naziri Tarik əl-Mulla uzun müddətdir ölkənin rəqibi hesab edilən İrana səfər edib. Gözlənilməz səfərinin gedişatında nazir neft tədarükü haqqında razılıq əldə etməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, bu barədə informasiya mənbələrinə istinadən “Reuters” məlumat yayıb.

Keçən ay Səudiyyə Ərəbistanının Misirə neft ixracını dayandırdıqdan sonra Qahirəyə xammalın alışı haqqında yeni müqavilələr lazımdır. Rəsmi olaraq Ər-Riyad tədrükün dayandırılmasının səbəbini açıqlamır.

Ölkələr arasında müqavilələrdə beş il müdətində hər ay 700 min ton neftin tədarükü nəzərdə tutulurdu. Sazişin məbləği 23 milyarddan ibarət idi.

Misir və Səudiyyə Ərəbistanı ilə münasibətlər Suriya böhranı fonunda pisləşib.

Oktyabrın əvvəlində Misir Rusiya ilə birlikdə BMT-də Hələbin bombardman edilməsini qınayan Fransa qətnaməsinin əleyhinə səs verib.

Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsi Abdulla əl-Muallami bəyan edib ki, Misirin mövqeyi Ər-Riyad üçün xoşagəlməz xəbər olub.

N.O.

www.oxu.az

0
5