Erməni ictimai xadim Vahe Avetyan yenidən Bakıda

Erməni ictimai xadim Vahe Avetyan yenidən Bakıda

Erməni publisisti, yazıçısı və ictimai xadimi Vahe Avetyanın Bakıda olması barədə məlumatlar var.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Avetyan ikinci cəhdində ölkəyə girişə nail ola bilib.

Belə ki, ona bir neçə günlük Bakı şəhərində qonaq olmağa icazə verilib. Hazırda erməni hüquq-müdafiəçisi Bakı şəhərindədir və paytaxtın görməli yerləri ilə tanış olur. Onun burada mətbuata çıxacağı da gözlənilir.

Qeyd edək ki, Sarkisyan rejiminin qatı tənqidçisi olan Avetyan daha əvvəl də Bakıya səfərə gəlmiş, lakin aeroportdan buraxılmamışdı. O, eyni zamanda Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunda olduğunu ifadə etmişdi.

Avetyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən ilk ermənilərdəndir.

A.M.

0
6