İtaliyanın XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

İtaliyanın XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

İtaliya xarici işlər naziri Paolo Centilyoninin Azərbaycana səfəri başlayıb.

Oxu.Az-ın məlumatına görə, iki gün davam edəcək səfər müddətində naziri Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.

Səfər zamanı P.Centilyoni azərbaycanlı həmkarı Elmar Məmmədyarov və energetika naziri Natiq Əliyevlə görüşəcək, ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, P. Centilyoni Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycana Gürcüstandan gəlib, buradan isə Ermənistana səfər edəcək.

N.О.

0
6