Aİ Türkiyəni sanksiyalarla hədələdi

Aİ Türkiyəni sanksiyalarla hədələdi

Lüksemburqun XİN rəhbəri Jan Asselborn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət və jurnalistlərə qarşı siyasəti ilə əlaqədar ölkəyə qarşı Avropa İttifaqının iqtisadi sanksiyalar tətbiq edəcəyini istisna etmir.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Nazir bildirib ki, Türkiyə ixracının 50%-i Aİ ölkələrinə edir, Türkiyəyə investisiyaların 60%-i isə qurumdan daxil olur.

“Bu təzyiqin məhdudiyyətsiz vasitəsidir və müəyyən bir anda bu təzyiq vasitəsindən istifadədən imtina etməyəcəyik”, - Asselborn “Deutschlandfunk” radiostansiyasına verdiyi müsahibədə bildirib.

Asselborn Türkiyədəki vəziyyətin inkişafını sərt şəkildə tənqid edib. Nazirin sözlərinə görə, Ərdoğan öz siyasətində hüququn aliliyinə məhəl qoymayıb, bu isə Aİ-nin üzvü olmaq istəyən ölkə üçün yolverilməzdir.

“Bu, diktaturanın tətbiqi üzrə təlimatdır”, - o deyib. Sabiq dövlət məmurlarına qarşı münasibət ona nasistlərin hakimiyyəti dövründə istifadə edən metodları xatırladıb.

Türk parlamentinin kürdyönümlü partiyadan olan deputatlarının həbsi Aİ ölkələrinin liderləri tərəfindən kəskin tənqidə səbəb olub. Avropa Parlamentinin rəhbəri Martin Şults bəyan edib ki, Ankaranın addımları Aİ və Türkiyə arasındakı dayanıqlı münasibətləri sual altına qoyur.

N.O.

www.oxu.az

0
7