Azərbaycanlı aktrisa nişanlandı – FOTO

Azərbaycanlı aktrisa nişanlandı – FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova nişanlanıb.

Oxu.Az xəbər verir ki, 30 yaşlı aktrisa sosial şəbəkədə nişan mərasimindən fotoşəkillər paylaşaraq “Məni də oğurladılar” şərhini yazıb.

Qeyd edək ki, Günel Məmmədova 12 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib və həmin ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb.

“Viktoriya” tamaşasındakı Viktoriya roluna görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin aktrisası” nominasiyasında mükafata layiq görülüb.

Aytən Sadıqzadə

0
8