Goranboyda zəncirvari qəza baş verib, ölən var

Goranboyda zəncirvari qəza baş verib, ölən var

Goranboy rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Yevlax rayon sakini Emil Məmmədov idarə etdiyi “Mercedes” markaklı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşıda hərəkətdə olan Goranboy rayon sakini Camal Hacıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillə toqquşub. Daha sonra zərbənin gücündən yolun hərəkət hissəsindən çıxan “Mercedes” markalı avtomobil əks tərəfdə hərəkətdə olan, Bərdə rayon sakini Telman Hüseynovun idarə etdiyi traktora çırpılıb.

Nəticədə “Mercedes”-in sürücüsü E.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

A.M.

0
5