Manaf Ağayev barəsində yazılanlara cavab verdi – VİDEO

Manaf Ağayev barəsində yazılanlara cavab verdi – VİDEO

“Toylar kralı” kimi tanınan müğənni Manaf Ağayev yaradıcılığındakı yenilikdən danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, həmkarı Sevil İsgəndərli ilə “Unut məni” adlı mahnını duet oxuyub: “Son dövrlər mətbuatda barəmdə əsassız məlumatlar dərc olundu. Məşhur sima olduğuma görə, barəmdə çıxan hər bir məlumat marağa, müzakirələrə səbəb olur. İllərdir yalnız ifa etdiyim mahnılarla insanların rəğbətini qazanmışam. Ona görə də məni tənqid edənlərin cavabını yalnız mahnılarımla verirəm. Bu gün də yeni mahnımı dinləyicilərin ixtiyarına verirəm. Həmkarım Sevil İsgəndərli ilə birgə ifa etdiyim bu mahnının dinləyicilər tərəfindən seviləcəyinə inanıram”.

Qeyd edək ki, “Unut məni “ adlı bəstəni Müşfiq Ağayev aranjiman edib.

0
7