Sabah Azərbaycanda 19 dərəcə isti olacaq

Sabah Azərbaycanda 19 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 13-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

N.О.

0
9