Polşa prezidenti Rusiyanın imperiya siyasətinə qayıtdığını bəyan etdi

Polşa prezidenti Rusiyanın imperiya siyasətinə qayıtdığını bəyan etdi

“Biz Gürcüstanda nə olduğunu və Ukraynada hazırda nə baş verdiyini bilirik”.

Polşa prezidenti Ancey Duda ölkənin Müdafiə Nazirliyinin rəhbərləri ilə görüşdə Rusiyanın imperiya siyasətinə qayıtdığını bəyan edib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Radio Polşa” məlumat yayıb. 

“Rusiya hakimiyyətinin hansı addımları atdığı və imperiya siyasətinə qayıtdığı heç kim üçün sirr deyil. Biz Gürcüstanda 2008-ci ildə nə olduğunu, son illərdə Ukraynada hazırda nə baş verdiyini və bu yaxınlarda Baltik dənizində Rusiya təyyarələrinin iştirakı ilə nələr olduğunu bilirik”, - Duda bəyan edib. 

O qeyd edib ki, “təhlükəsizlik məsələsi, komandanlıq sisteminin işi, eləcə də güclü və effektiv ordu hökumətin prioritetlərindəndir”. 

0
23