Stoltenberq: NATO təhlükəsizliyini gücləndirəcək

Stoltenberq: NATO təhlükəsizliyini gücləndirəcək

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Rusiya tərəfindən nümayiş etdirilən fəallığa cavab olaraq hərbçilərinin bir hissəsini gücləndirilmiş xidmət rejiminə keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə o, Britaniyanın “The Times” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Biz Rusiyanın Avropada NATO müttəfiqləri arasında təbliğatdan istifadə etdiyini görürük, məhz bu, NATO-nun cavab reaksiyasıdır”, - Stoltenberq bildirib.

Onun sölərinə görə, Rusiya illərdir ki, hərbi gücünü artırır və bir çox sahələrdə daha da fəal olur. NATO-nun baş katibi bəyan edib ki, cavab olaraq alyans “soyuq müharibə”nin bitdiyi dövrdən indiyə qədər ən miqyaslı kollektiv təhlükəsizlik səyləri ilə reaksiya verəcək.

Bununla yanaşı o, Rusiya və alyans arasında əlaqələri dəstəkləməyin mühüm olduğunu da qeyd edib.

N.O.

www.oxu.az

0
4