Keçmiş səfir: Azərbaycan və İran arasında ticarət zəifləyə bilər

Keçmiş səfir: Azərbaycan və İran arasında ticarət zəifləyə bilər

Bu ölkənin Azərbaycana yatırdığı sərmayənin həcmi açıqlandı.İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin gömrük məsələləri üzrə fikir ayrılıqlarının həll edilməsinin zəruri olduğunu, əks halda, bunun iki ölkə arasındakı ticarəti zəiflədə biləcəyini bəyan edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, M.Pakayin bu barədə “Tehran Times” nəşrinə açıqlamasında bildirib.

O, fərqlərin əsasən ölkələrdə tətbiq edilən standartlarla bağlı olduğunu qeyd edib: “Azərbaycan coğrafi baxımdan özünü Avropa zonasının bir hissəsi kimi görür və müvafiq standartlar tətbiq edir. Eyni zamanda, İran öz standartları olan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür”.

Nəşr vurğulayır ki, İran Azərbaycana 2,6 milyar dollar məbləğində sərmayə qoyub və bu vəsaitin 145 milyon dolları qeyri-neft sektoruna yatırılıb. O da qeyd edilib ki, Azərbaycanda İran kapitallı təxminən 450 şirkət fəaliyyət göstərir.

U.A.

0
5