Stilist Anarın sirri üzə çıxdı:evli imiş

Stilist Anarın sirri üzə çıxdı:evli imiş

Stilist Anar Ağakişiyev vaxtilə ailəli olduğu üzə  çıxıb. Lent.az-ın məlumatına görə, imic ustası “ATV maqazin onlarla” verilişində bu barədə qısa danışıb: “Bu haqda heç nə danışmayacam. Qəti... O, keçmişdə qaldı. Hazırda barmağımda üzük yoxdur. Bunu eyib bilmirəm. Sadəcə, şəxsi həyatımdan danışmaq istəmirəm. İstər müğənnilərin, istər həmkarlarımın bu məsələlər haqda danışması məni qıcıqlandırır. Toy edirlər, 3 gün yayımlanır, boşanırlar yenə gündəmə gəlirlər”.

A.Ağakişiyev ata olmaq istəyindən də söz açıb: “Bir çoxları övlada mebel kimi baxır, ev heyvanına da "uşaqdı" deyirlər. Övlad istəyirsənsə, bunu dərk etməlisən ki, necə böyük yükün altına girirsən. Mənim ürəyim partlayar, uşağı dayəyə etibar edə bilmərəm”.

0
12