İraq ordusu ilk dəfə Mosulun şimalında yaşayış kvartalına daxil olub

İraq ordusu ilk dəfə Mosulun şimalında yaşayış kvartalına daxil olub

İraqın hökumət qüvvələri Mosulun “İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlılarından azad edilməsi üzrə əməliyyatın başlanmasından ilk dəfə şəhərin şimal kvartallarına daxil olublar.

Oxu.Az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, ordu Əs-Saada və Bauiza rayonlarını nəzarət altına alıb. İraqın Hərbi Hava Qüvvələri İŞİD-in bir neçə silah anbarını məhv edib. Terror əleyhinə dəstələr zirehli tank hissələrinin dəstəyi ilə şərqdən ekstremistlərin müqaviməti ilə qarşılaşmalarına baxmayaraq, şəhərin mərkəzinə doğru irəliləməyə davam edirlər.

“Reurters” agentliyinə İraq Kürdistan hökumətinin təhlükəsizlik komitəsinin rəhbəri Masrur Barzaninin verdiyi məlumata görə, İŞİD yaraqlıları partlayıcı ilə doldurulmuş PUA-dan, eləcə də zəhərləyici maddələr olan uzaqməsafəli mərmilərdən istifadə edirlər.

N.O.

www.oxu.az

0
6