Maliyyə sabitliyinin təmin olunmasına dair görüş keçirildi

Maliyyə sabitliyinin təmin olunmasına dair görüş keçirildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı maliyyə sabitliyinin təmin olunması istiqamətində Dünya Bankının hazırladığı tövsiyələrə dair maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Palatadan Oxu.Az-a bildirilib.

Əmanətlərin sığortalanması, qeyri-işlək kreditlər probleminin həllinə dair keçirilmiş görüşdə bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə edilib.

Görüşdə həmçinin maliyyə sabitliyi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlar gündəliyi üzrə fəaliyyət planının və maliyyə sabitliyinin təmin olunması istiqamətində qarşıda duran məqsədlərin yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

U.A.

0
6