İtaliyada qasırğa: 2 ölü,10 yaralı

İtaliyada qasırğa: 2 ölü,10 yaralı

İtaliyada baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ladispoli şəhərində 25 yaşlı hindistanlı gənc, Çezano şəhərində isə 61 yaşlı kişi təbii fəlakətin qurbanı olub.

Ladispoli şəhərində səkkiz mərtəbəli yaşayış binasının iki mərtəbəsi qismən uçub. Paytaxt Romada bir çox küçələri yağış suları basıb, avtomobil yolları bağlanıb. Güclü külək 70-dən çox ağacı aşırıb

0
7