Biznes yolu ilə ABŞ-a necə köçmək olar? - ŞƏRTLƏR

Biznes yolu ilə ABŞ-a necə köçmək olar? - ŞƏRTLƏR

E-2 vizasının sahibi və onun ailəsinə ABŞ-da yaşamaq və ABŞ-a daxil olmaq və çıxmağa icazə verilir. E-2 sahibləri qeyri-müəyyən müddətə ABŞ-da qala, ABŞ-da işləyə və uşaqlarını ABŞ-da dövlət məktəblərində oxutdura bilərlər. E-2 vizasını almaq üçün öz ölkənizə bağlılığınızı göstərmək tələb olunmur. Yəni, misal üçün, turist vizasından fərqli olaraq, E-2 vizasını alan zaman konsulluğa iş yerinizin olmasını və öz ölkənizə qayıtma planınızı subut etmək lazım deyil. Bu baxımdan bütün tələblər qarşılansa və sənədlər düzgün hazırlansa, konsulluqdan E-2 vizasını almaq şansı daha çox olur.

E-2 vizası ölkələr arası müqavilələr əsasında tətbiq olunub. Belə ki, Birləşmiş Ştatların bir sıra ölkələrlə biznesin inkşafı üçün E-2 vizasının verilməsinə dair müqaviləsi var. Azərbaycanla ABŞ arasında bu müqavilə 2001-ci ildə imzalanıb. Bu müqaviləyə əsasən, Azərbaycan vətəndaşı Amerikada biznes yaratsa və aşağıda göstərilən tələbləri qarşılasa, o vətəndaşa və onun ailə üzvlərinə E-2 vizası düşür.



Tələblər

1) ABŞ-da şirkət qeydiyyatdan keçirilməlidir və biznes qurulmalıdır.


2) Biznesi yaradan şəxs öz biznesinə $100,000 və ya ondan çox vəsait xərcləməlidir. Vəsaitin mənbəyinin ABŞ-dan kənarda olması vacib deyil, yəni ABŞ-da kimsə tərəfindən hədiyyə və ya borc da ola bilər. Qanunda bu tələb “kütləvi vəsait” kimi yazılıb. Adətən, $100,000 məbləğində investisiya bu tələbi qarşılayır.


3) Yatırılan məbləğ biznesin inkşafı üçün xərclənməlidir . Yəni təkcə pulu bank hesabına qoymaq bu tələbi qarşılamır. Ona müəssisə, riskdə olan bir şey, məsələn, işlər yaxşı getməsə, bağlana biləcək biznes daxil olmalıdır. Pul ya biznesə sərf olunmalıdır və ya müştərilər və ya satıcılarla öhdəlikləri göstərən kontraktlar olmalıdır. Məsələn, sərgi salonu və ya ofisə dair bir illik kirayə müqaviləsi bir illik kirayə haqqının investisiya kimi sayılması üçün kifayətdir.


4) Biznes proqressiv kommersiya öhdəliyi olmalıdır. Yəni göstərməliyik ki, biznes təkcə immiqrasiya məqsədilə yaradılmır. Real biznesin başlanmasının, ofisin icarəyə götürülməsinin, müəssisənin formalaşmasının, biznes planın mövcudluğunun, müqavilələrin bağlanmasının göstərilməsi bu tələbin yerinə yetirilməsi sayılır.


5) İnvestisiyanın məbləği biznesin növünə uyğun olmalıdır. Burada xüsusi rəqəm yoxdur. Bu məbləğ biznesin tipindən asılı olaraq dəyişə bilər.


6) İnvestorun biznesini inkişaf etdirmək və idarə etmək qabiliyyəti olmalıdır. Bunu investorun əvvəlki təcrübəsi, təhsili, planlaşdırılan biznesin idarə olunmasına aid bacarıqları sübut kimi göstərilə bilər.


Mənbə: amerikavekil.com

0
7